Hero Background
Author

Elçin İbrahimov

Türkoloq-alim, filologiya elmləri doktoru, dosent Elçin Əli oğlu İbrahimov 15 mart 1985-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində anadan olub. 2002-2006-cı illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində Türk dili ixtisası üzrə bakalavr təhsil almışdır. 2006-2009-cu illərdə Qafqaz Universitetinin Türk dili və ədəbiyyatı fakültəsində Türk dilləri ixtisası üzrə magistr təhsili almışdır. 2013-2017-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin dissertantı olmuşdur. 2016-2021-ci illərdə AMEA Rəyasət heyətinin təsisçisi olduğu beynəlxalq “Türkologiya” jurnalının məsul katibi vəzifəsində çalışmışdır. 2016-cı ildə səmərəli elmi fəaliyyətinə görə, AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən “İlin gənc alimi” mükafatına layiq görülmüşdür. 2016-cı ildə Türkiyə Təhsil və Elm Təşkilatları Birliyi tərəfindən “Xoca Əhməd Yəsəvi” medalı ilə təltif edilmişdir. 2017-ci ildə “Türklər arasında ortaq imla və əlifba problemləri” mövzusunda dissertasiya müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2018-ci ildə Türk Dil Qurumunun müxbir üzvü seçilmişdir. 2018-ci ildə Kazan Federal Universiteti tərəfindən “Lev Tolstoy” medalı ilə təltif edilmişdir. 2018-2022-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 2019-cu ildə Almaniyada fəaliyyət göstərən “Türklərin Dünyası” beynəlxalq təşkilatı tərəfindən “Türk dünyasına xidmət” medalı ilə təltif olunmuşdur. 2020-ci ildə Türk Ədəbiyyatı Fondunun fəxri üzvü seçilmişdir. 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə filologiya elmləri sahəsində, türk dilləri ixtisası üzrə dosent elmi adını almışdı. 2022-ci ildə “Müstəqil türk dövlətlərində dil siyasəti” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsi almışdır. 2022-ci ildə türkologiya və türk dünyası sahəsində apardığı araşdırmalara görə TÜRKSOY tərəfindən “Dyula Nemet-130” medalı ilə təltif olunub. Elmi araşdırmalarına görə 2023-cü ildə Türkiyənin Sakarya Universiteti tərəfindən “Türk dilinə xidmət ödülü” mükafatına layiq görülüb. 2022-2024-ci illərdə Azərbaycan Dillər Universiteti Türk Dünyası Araşdırmalar Mərkəzinin müdiri vəzifəsində çalışıb. 2024-cü ildə Daşkənd İqtisadiyyat və Pedoqogika Universitetinin “Fəxri Professoru” adına layiq görülüb. 2024-cü ildə TÜRKSOY tərəfindən Türk Dünyasına xidmətlərinə görə “Əhməd Baytursunlu” medalı ilə təltif olunmuşdur. 2024-cü ildən Qarabağ Universiteti Elm şöbəsinin müdiri vəzifəsində çalışır