Product Image

Ruhlandıran layihələr: idarəetmə incəsənəti.

Rəşad İbrahimov
Haqqında

Bu kitab layihə menecmenti dünyasına sizin bələdçinizdir – burada klassik metodlar praktik nümunələr və işlək alətlərlə birləşdirilib. Sahəyə yeni başlayanlar və biliklərini strukturlaşdırmaq istəyən təcrübəli mütəxəssislər üçün nəzərdə tutulmuşdur. Kitabda uğurun üç əsas aspektinə xüsusi diqqət yetirilir: proseslər, insanlar və dayanıqlılıq. Siz sınaqdan keçmiş yanaşmalardan və hazır şablonlardan istifadə edərək layihələrinizi daha effektiv planlaşdırmağı, idarə etməyi və uğurla başa çatdırmağın sirlərini öyrənəcəksiniz. Burada həmçinin layihə menecerinin əsas rolları, kompetensiyaları və uğur göstəriciləri ətraflı araşdırılır. Nəhayət, dayanıqlılıq konsepsiyası ilə tanış olaraq idarəetmə biliklərinizi daha da dərinləşdirəcəksiniz. Kitab sizə təkcə nəzəriyyə deyil, həm də gündəlik işinizdə kömək edəcək praktiki alətlər təqdim edir: real iş keysləri, testlər, çek-listlər, şablonlar və tapşırıqlar. O sizi yeni zirvələrə ruhlandıraraq layihə menecmentində etibarlı yoldaşınıza çevriləcəkdir.

15.00 

Dil: Azərbaycan
Səhifə sayı: 296
Nəşr ili: 2025
Ölçü: 160mm x 210mm
ISBN: 9789952855708
Yaş Kateqoriyası: 16+

2–4 iş günü ərzində çatdırılma mövcuddur. Bütün ölkə üzrə sifarişlər qəbul edilir.

Şərhlər (0)

Bu kateqoriyaya aid kitablar