“MİMTA Yayımları”nın yeni nəşrinin təqdimatı keçirilib

İyunun 13-də Litera kitab evində böyük ispan şairi Federiko Qarsia Lorkanın şeirlərindən ibarət “Ən kədərli sevinc” kitabının təqdimatı keçirilib.

“Füyuzat”ın məlumatına görə, tədbiri giriş sözü ilə açan MİMTA Yayımlarının direktoru Əsəd Aslanoğlu kitabın nəşrinin əhəmiyyətindən bəhs edib. Bu nəşrin Avropa şeirini sevənlər üçün mühüm ədəbi hadisə olduğunu vurğulayıb və bildirib ki, Lorka öz yaradıcılığı ilə nəinki Qərb ədəbiyyatına, həmçinin Şərq şeirinə də öz təsirini göstərib.

Toplunun tərcüməçisi Mahir N. Qarayev Lorkanın həyat və yaradıcılığından, həmçinin kitabın tərcümə prosesi barədə qonaqlara geniş məlumat verib.

Lorkanın, demək olar, bütün şeirlərini əhatə edən “Ən kədərli sevinc” kitabı sevgi, ölüm, tənhalıq, azadlıq və insan taleyi kimi əbədi mövzuları dərin lirizm və güclü simvolika ilə təqdim edir.

Xatırladaq ki, MİMTA Fondunun nəzdində fəaliyyət göstərən “MİMTA Yayımları”nda nəşr olunmuş kitabın redaktoru Ramiz Rövşəndir.