Kitabda I Dünya müharibəsinin şiddətli illərində Türkiyənin Ərzurum şəhərində və ətraf bölgələrdə baş verən hadisələri, rus-erməni birliklərinin törətdiyi qırğınları bir gəncin həyatı fonunda işıqlandırılır. Sürgün və əsarətin ağır sıxıntılarını yaşayan əsərin qəhrəmanı Bəkir evə qayıtmaq, sevdiyinə qovuşmaq üçün yollar arayır. Bu arayış isə əslində onun öz kimliyini tapmasına yardım edir. Roman həyatın ən ağır sınaqlarında belə insanın ümidini itirməməsini, mübarizə ruhuna sahib olmağın zərurətini anladır.
2–4 iş günü ərzində çatdırılma mövcuddur. Bütün ölkə üzrə sifarişlər qəbul edilir.
Şərh yaz