Hero Background
Könül Bünyadzadə

Könül Bünyadzadə

Bünyadzadə Könül Yusif qızı 1974-cü il, noyabrın 2-də Qərbi Azərbaycanın Basarkeçər rayonunun Zod kəndində anadan olub. 1991-ci ildə Azərbaycan SSR Daşkəsən rayon A.S.Puşkin adına 2 saylı orta məktəbi bitirib. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsini fərqlənmə diplomu ilə bitirmişdir. Elə həmin il Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutuna baş laborant vəzifəsinə qəbul edilmiş və hazırda həmin İnstitutunun «İslam fəlsəfəsi və dinşünaslıq» şöbəsinin müdiri vəzifəsində çalışır.

2002-ci ildə fəlsəfə doktoru, 2007-ci ildə isə fəlsəfə elmlər doktoru elmi dərəcəsi almışdır. 2017-ci il­də Azər­bay­can Mil­li Elm­lər Aka­­de­mi­ya­sı­nın müx­­bir üz­vü se­çil­mişdir.

15 mo­noq­ra­fi­ya­nın, 350-dən çox el­mi mə­qa­lənin mü­əl­li­fidir, o cüm­lə­dən xa­ri­ci öl­kədə 3 mo­noq­ra­fi­yası, 60-dən çox el­mi məqaləsi çap edil­miş­dir. Azərbaycanda və ümumiyyətlə Şərqdə fəlsəfi konsepsiya təqdim edən ilk və yeganə qadın filosofdur. Onun “Sufi fenomenologiya” adlı fəlsəfi konsepsiyası 2023-cü ildə Azərbaycan dilində iki cildlik olaraq, 2026-cı ildə isə ingilis dilində “İslam Fəlsəfəsi və Qərb Fenomenologiyası” (İPOP) seriyasının 9-cu cildi olaraq tanınmış Springer nəşriyyatı tərəfindən nəşr edilmişdir.

2016-cı ilin ap­re­lin­dən 2017-ci ilin fev­ra­lı­na ki­mi TU­Bİ­TAK-ın dəstəyi ilə də­vət­li pro­fes­so­r ola­raq Tür­ki­yə­nin İs­tan­bul şə­hə­ri­nin 29 May Uni­ve­r­si­te­tin­də ça­lış­misdir. 2022-ci ildə ABŞ Dövlət Departamentinin dəstəyi ilə Beynəlxalq Liderlik Proqramı çərçivəsində Birləşmiş Ştatlarda qısamüddətli təcrübə keçmişdir. Vatikan Pontifik Qregorian Universiteti, Əlcəzair, Malayziya və Pakistanla Azərbaycan arasında elmi əməkdaşlığın ilk təşəbbüskarı olmuşdur.

Bey­nəl­xalq Qa­dın Fi­lo­sof­lar Şə­bə­kə­si­ndə təmsil olunan yeganə azərbaycanlı filosofdur. YUNESKO-nun sponsorluğu ilə nəşr edilən “Who is Who?” (Kim kim­dir?) və  2014-cü il­də Pa­ris­də dərc edi­lən 3 cild­lik “Le Dic­ti­on­nai­re Uni­ver­sel des Fem­mes Cré­at­­ri­ces” – (“Ya­­ra­­­dı­cı qa­dın­lar en­sik­lo­pe­di­ya­sı”) kitablarında haqqında qısa bioqrafik məlumat, 2015-ci il­də Tür­­ki­­yə­­də nəşr olu­nan 7 cild­lik “Tan­zi­mat­dan Gü­nü­mü­ze Türk Düşünürle­ri” ad­lı an­­to­­lo­gi­ya­da isə “Türk dünyasının ən gənc filosofu” kimi hə­yat və ya­ra­dı­cı­lı­ğı haq­qın­da ge­niş oçerk ve­ril­miş­dir.

2007-2017-ci illər ərzində “Fəlsəfə” jurnalının elmi katibi, 2018-ci il­dən nəşr olun­an “Me­ta­fi­zi­ka” bey­nəl­xalq fəl­sə­fi və fən­­lər­­a­ra­sı araş­dır­ma­lar jur­na­lı­­nın təsis­çi­lə­rin­dən bi­ri olmuş və iki il ərzində onun Re­dak­si­ya He­yə­ti­nin səd­­ri­ kimi çalışmışdır. Eyni zamanda bir sıra xarici elmi jurnalların İdarə heyətinin üzvüdür. 2015-ci ildən Asi­ya Fəl­sə­fə As­so­sia­si­­ya­­sı­nın vit­se-pre­zi­den­tidir.

2012-2014-cü və 2019-2022-ci il­lər­də Azər­bay­can Res­pub­li­­ka­­sı­nın Pre­zi­den­ti ya­nın­da Ali At­tes­ta­si­ya Ko­mis­­si­ya­sı­nın Fəl­sə­fə, pe­da­qo­gi­ka, psi­­xo­­lo­gi­ya və so­sio­lo­gi­ya elm­lə­ri üz­rə Eks­pert Şu­ra­sı­nın səd­ri, 2022-ci ildən isə oranın Rəyasət Heyətinin üzvüdür.